0

Yüklənir ...

ABotanik Bitki Evi

ABotanik Şirkəti olaraq istər xarici istər yerli bütün növ bitkiləri sizlərə sunmaqdan qürur duyuruq.

DİBÇƏK GÜLLƏRİNƏ QULLUQ QAYDALARI

Dibçək gülərinə qulluq səbir və zəhmət tələb edir və onu əkməyin zamanı var. Otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək mümkündür. Lakin əkin üçün ən yaxşı vaxt mart və oktyabr aylarıdır. A.Botanika dibçək bitkilərinin əkilmə və qulluq qaydaları barədə məlumat verir. Orta boylu gül əkmək üçün diametri 2-5 santimetr olan qab götürülür. Qabın altına drenaj üçün dəmir dirəklər açılır, dibinə çınqıl və balıqqulağı tökülür. Bitkinin yaxşı inkişaf etməsi üçün çınqılın üstünə keyfiyyətli, yumşaq və məhsuldar torpaq əlavə olunur. Gül əkiləndən sonra növünə görə ehtiyac duyulduqda suvarılmalı və gübrələrlə qidalandırılmalıdır

  • Qışda dibçəkləri mütləq otaqda saxlamaq lazımdır

  • Bitkilərin yeri işıq və kölgə sevən xüsusiyyətindən asılı olaraq seçilməlidir.

  • Gülləri işıqla havanı bərabər miqdarda almalıdır

POSTLAR

BİTKİLƏR HAQQINDA

Orxideyanın suvarılma qaydası

Orxideya üçün suvarma vacibdir. Həddindən artıq suvarma bitkinin köklərinə bərpası çətin olan zərər verir. Orxideya suvarma bitki ehtiyaclarına və iqlimə görə dəyişir. Bununla belə, həftədə bir dəfə və ya eyni miqdarda suyu iki ayrı günə bölmək və istirahət edilmiş otaq temperaturunda su ilə suvarmaq lazımdır.

x1

Qızılgül necə çoxaldılır

Kolların bölünməsi ən sadə üsuldur. Erkən yazda qızılgül kolları qazılıb çıxarılır, sonra iti bağ qayçısı ilə gövdələr köklərlə birlikdə kəsilib ayrılır və yerüstü hissəsi 3-4 tumurcuğa kəsilərək əkilir. Kökdən çıxan pöhrələr ana koldan iti bel ilə ayrılır, yerüstü hissəsi 3-4 tumurcuğa kəsilərək əkilir. dibinə düzülüb üstü torpaqla örtülür.

Kaktus

Tikanlı olduğu qədər, gözəl olmağı da bacaran kaktus bitkisi çoxlarının sevimlisidir. Düzgün qulluq edildiyi təqdirdə ilin bütün fəsilləri evlərin çiçəkləyən yaraşığı ola bilir. Aşağıdakı məsləhətlərə əməl etməklə evinizi kaktuslarla gözəlləşdirə bilərsiniz. Hələ, kaktusun sağlamlığa necə faydalı olduğundan danışmıram.

Səhləblər

Səhləbləri 2 cür sulamaq olar: 1. Ənənəvi, yuxarıdan sulama. Bu üsulla bitkini 2-3 gündənbir sulamaq lazımdır. 2. Xırda başlıqlı spreylə sulama. Su təzyiqi toz halında olmalıdır ki, yarpaq üzərində damcılar qalmasın. Çiçəklər su tozundan qorunmalıdır. Yarpaqları isə həm üstdən, həm də altdan sulayın.